Şırnakın Cizrə mahalında Türkiyə Təhlükəsizlik Qüvvələri ilə PKK arasında qarşıdurma yaranıb.
7news.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, terrorçular Nusaybin prosbektində sərnişin avtobusunun qarşısını kəsib, sərnişinlərə zor tətbiq etməyə başlayıblar.
PKK-çılar hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinə uzun lüləli silah və molotof kokteyli ilə hücum edib.
Ölən və xəsarət alanların olduğu bildirilib.








