Suriya Kürd Milli Şurasının Ərbil təmsilçisi Salih Cəmil terror təşkilatı PKK/YPG-nin Suriyada işğal etdiyi ərazilərdə 13-15 yaşlı uşaqları qaçırdığını bildirib.
7NEWS.az xəbər verir ki, Suriyada rejim və terror təşkilatına qarşı olan ENKS-in Ərbil nümayəndəsi Cəmil mövzu ilə bağlı AA müxbirinə açıqlama verib. Terror təşkilatının zorla insanları öz sıralarına cəlb etməyə çalışdığını vurğulayan Cəmil bunun minlərlə insanın İraq Kürd Regional Rəhbərliyinə (İKRH), Türkiyə və Aİ ölkələrinə getməsinə səbəb olduğunu bildirib.
7NEWS.az








