RU
19:40
549

"Platini ona görə FİFA prezidenti seçilmədi ki..."

FİFA-nın eks prezidenti Yozef Blatter Mişel Platininin hansı səbəbə vəzifədən "vurulduğunu" aydınlaşdırıb. İsveçrəli funksioner ortada Amerika amilinin olduğunu qeyd edib.

"Mən heç kimi aldatmamışam. Aramızda razılaşma olub. Ona mane olan mən deyildim. Platini ona görə FİFA prezidenti seçilmədi ki, 2022 mundialının ev sahibliyi ABŞ-a verilmədi. Mişel futbol fəaliyyətinə hələ qayıda bilər. Məndən 20 yaş kiçikdir. Vaxt tez keçir. Cəzasının bitməyinə 3 ildən bir az artıq qalıb. Həmişə ümid edirdim ki, DÇ-2018 Rusiya, DÇ-2022 isə ABŞ-da keçiriləcək. Bu kartı ehtiyatla oynaya bilərdik. Amma Platini Fransa prezidenti Nikola Sarkozi və hazırki Qətər əmiri ilə görüşəndən sonra dedi: "Məndən Fransanın maraqları çərçivəsində səs verməyi xahiş etdilər. Mənim qrupum İcraiyyə komitəsində qəbul olunmuş qərara görə səs verməyəcək". Bu sözlər məni şoka saldı. 2010 mundialından öncə də eyni şey olmuşdu. Jak Şirak Platiniyə demişdi ki, CAR-a səs vermək olmaz. Yaxınlıq səbəbindən Mərakeşi seçmək lazımdır. 2022 mundialına ev sahiblik hüququna Qətərin sahib çıxdığını zərfi açmazdan öncə bilirdim".

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ