RU
“Playboy” malikanəsi satışa çıxarıldı
10:00
548

“Playboy” malikanəsi satışa çıxarıldı

200 milyon dollara.

“Playboy”un yaradıcısı Hugh Hefner-in Los-Ancelesdə olan və “Playboy malikanəsi” kimi tanınan iqamətgahı satışa çıxarılıb.

ABŞ-ın ən bahalı malikanəsinin dəyəri 200 milyon dollardır.

Evin 20 min kvadrat metr sahəsi və 29 otağı var. Malikanədə tennis kortu, üzmə hovuzu, oyun zalı və s. kimi obyektlər də mövcuddur.

1927-ci ildə inşa edilən tikili 1971-ci ildə 1.1 milyon dollara “Playboy” tərəfindən satın alınıb.

Malikanədə eyni zamanda moda, televiziya, reklam çəkilişləri və s. layihələr də də həyata keçirilib./oxu

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ