Bakıda gecə saatlarında yanğın hadisəsi qeydə alınıb.
Yanğın paytaxtın Nərimanov rayonunda 11 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən "İLDIRIM EKSPRESS" beynəlxalq və ölkədaxili sürətli poçt məntəqəsinin zirzəmisində (ümumi sahəsi 150 kv.m) baş verib.
Nəticədə 1 ədəd stol, 2 ədəd stul və sənədlər 35 kv.m sahədə yanıb. Poçt məntəqəsi və mənzillər yanğından mühafizə olunub./olke.az
7news.az








