RU
Podolyak: “Rusiya Qərb dairələrində Ukraynanın siyasi və hərbi rəhbərliyini gözdən salmağa çalışır”
16:20
183

Podolyak: “Rusiya Qərb dairələrində Ukraynanın siyasi və hərbi rəhbərliyini gözdən salmağa çalışır”

"Rusiya Qərb dairələrində Ukraynanın siyasi və hərbi rəhbərliyini gözdən salmağa çalışır”.
7News.Az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

Onun sözlərinə görə, qarşı tərəf bunun üçün xeyli vəsait xərcləyəcək: "Rusiya Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcəyini anlayır. Ona görə də indi onlar üçün ən vacib olan hərbi əməliyyatların intensivliyini azaltmaq, münaqişəni dondurmaq və Qərbdə ictimai rəyi dəyişməkdir”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ