RU
12:30
632

"Polad Alemdar"ın başı dərddə... - Həbs edilə bilər

İstanbul Baş Prokurorluğu Türkiyənin ən reytinqli serialı "Kurtlar Vadisi Pusu"nu çəkən "Pana Film” haqqında araşdırmalara başlayıb.

7News.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, buna səbəb hərbi çevrilişə cəhd edilməzdən əvvəl "Pana Film”in "Kurtlar Vadisi Darbe” adlı serialı qeydiyyatdan keçirməyə cəhd etməsidir. İddialara görə, Türk Patent İnstitutu qeydiyyat məsələsini araşdırdığı bir dövrdə ölkədə qanlı hadisələr baş verib. Nəticədə qeydiyyat müraciətini rədd edən qurum, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.Bildirilir ki, hazırda İstanbul Baş Prokurorluğu "Pana Film”in hərbi çevrilişə cəhdlə əlaqəsinin olub-olmadığı barədə təhqiqat aparır.

Qeyd edək ki, bu iddialar əvvəllər də bir neçə dəfə gündəmə gəlib. "Pana Film” bununla bağlı açıqlama verərək bildirib ki, "Kurtlar Vadisi Darbe” adlı serialın sujet xətti Türkiyədə illər əvvəl baş verən hərbi çevrilişlərdən bəhs edəcəkdi.

Yerli mənbələr serialın hələ də ekrana çıxmamasını məhz bu qalmaqallarla əlaqələndirir. Serialın bir daha çəkilməyəcəyi barədə xəbərlər də yayılıb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ