RU
Polad Bülbüloğlu namizədliyini geri götürdü
21:05
875

Polad Bülbüloğlu namizədliyini geri götürdü

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.

7news.Az-ın xəbərinə görə, YUNESKO-nun İcraiyyə Şurası bazar ertəsi keçirilən səsvermənin birinci turunda təşkilatın yeni baş direktorunu seçə bilməyib. Bu gün keçirilən səsvermənin ikinci turu da nəticəsiz başa çatıb.

Qeyd edək ki, YUNESKO-nun baş direktoru vəzifəsinə 6 ölkənin nümayəndəsi namizəddir.

Səsvermənin növbəti turu sabah keçiriləcək.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ