RU
Polis 200 milyonluq kokain ələ keçirdi
11:50
340

Polis 200 milyonluq kokain ələ keçirdi

Kolumbiya polisi yeddi ton kokain ələ keçirib.

Bu barədə Kolumbiya hakimiyyəti məlumat yayıb.

Məlumata əsasən, Apartado şəhərində təhlükəsizlik qüvvələri "Zaliva” cinayətkar qruplaşmasına məxsus 7 ton kokaini müsadirə ediblər.

Narkotik maddələrin Mərkəzi Amerikaya getməli olan meyvə yüklərinin arasında gizlədildiyi bildirilib.

Kolumbiya Müdafiə Nazirliyinin məlumatına əsasən narkotik maddənin Nyu-York küçələrində ümumi dəyəri təxminən 200 milyon dollardır./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ