Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəzdində Polis Akademiyası 4,6 milyon manat həcmində satınalma edib.
7News.Az-ın dövlət satınalmaları elektron portalından əldə etdiyi məlumata əsasən, DİN Polis Akademiyası elan etdiyi açıq tenderə yekun vurub.
Belə ki, tender üzrə "City Constructıon” MMC ilə dəyəri 4 milyon 619,7 min manat həcmində müəyyənləşən müqavilə bağlanıb.
Müqaviləyə əsasən, kommunal xidmətlərin göstərilməsi, o cümlədən, inzibati və digər təyinatlı binalarda şüşələrin yuyulması bu şirkətə həvalə olunub.
7News.Az








