RU
Polis avtobusda oğurluq edənlərin şəkillərini yaydı
18:03
1143

Polis avtobusda oğurluq edənlərin şəkillərini yaydı

Zərərçəkənlərdən polisə məlumat vermələri xahiş olunur.

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə müraciət edib.

BŞBPİ-i avqustun 26-da 57 saylı xətt avtobusunda Bakı şəhər sakini İrina Romanovanın əl çantasından 35 manat və bankomat kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinərək tutulan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunanlar - 1970-ci il təvəllüdlü Oruc Müzəffər oğlu Məhərrəmov, 1979-cu il təvəllüdlü Azər Sabir oğlu Kərimov və 1981-ci il təvəllüdlü Samirə Ənvər qızı Əbiyevanın görüntülərini yayıb.

Həmin şəxsləri tanıyanlardan, onların başqa cinayətlərinin şahidi olanlardan və ya onların əməllərindən zərərçəkənlərdən polisə məlumat vermələri xahiş olunur./oxu

7news.az

4

 

 

//

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ