RU
Polis bir gündə 11 ədəd odlu silah aşkarladı
13:10
28

Polis bir gündə 11 ədəd odlu silah aşkarladı

İyunun 18-də Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-profilaktik tədbirlər zamanı paytaxt və respublikanın müxtəlif rayonlarında qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb.

Keçirilən tədbirlər nəticəsində 1 avtomat, 1 pulemyot, 9 tüfəng, 1 patron darağı və 9 ədəd patron müsadirə olunub.

DİN-dən bildirilib ki, qanunsuz odlu silahların aşkar edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ