RU
Polis əməkdaşı ağır qəzaya düşüb öldü - FOTO - YENİLƏNİB
10:17
150

Polis əməkdaşı ağır qəzaya düşüb öldü - FOTO - YENİLƏNİB

Qəbələdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

7NEWS.Az xəbər verir ki, hadisə yanvarın 14-də Seyidlər adlı yaşayış məntəqəsində baş verib.

Belə ki, "Vaz-21015” markalı avtomobillə "Mercedes Vito” markalı maşının toqquşub. Qəza nəticəsində "Vaz-21015”in sürücüsü, 2000-ci il təvəllüdlü Şərifov Səfər Sərvan oğlu ağır bədən xəsarətləri alıb. O, ötən gün Bakıda xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Şərifov Səfər Qəbələ rayon Polis Şöbəsinin əməkdaşıdır. 22 yaşlı polis serjantı rayonun Cığatelli kəndindəndir.

***

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Seyidlər adlanan yaşayış məntəqəsində qeydə alınıb.

Belə ki, rayonun Cığatelli kənd sakini 2000-ci il təvəllüdlü Səfər Sərvan oğlu Şərifov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə hərəkətdə olarkən "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

Ağır bədən xəsarətləri alan 21 yaşlı S.Şərifov Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Xəsarətləri ağır olan gənc oğlan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.



 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ