RU
Polis gənc oğlanı belə güllələdi
19:45
3507

Polis gənc oğlanı belə güllələdi

ABŞ-da polislər bu dəfə ağ dərili gənci öldürüblər.

Həmin anların görüntüləri də yayılıb.

Kadrlarda həmin adamın polisə müqavimət göstərmədiyi görünür.

Polis iyunun 25-də Kaliforniya ştatının Fresno şəhərində öldürülən 19 yaşlı gəncin görüntülərini ictimaiyyətə təqdim edib.

Hadisə zamanı polis saxladığı Dylen Noble gəncə geriyə dönməsini, əllərini maşının üzərinə qoymasını söyləsə də o, bunu etmir. Bundan sonra polislər atəş açır və 4 güllə dəyən həmin şəxs ölür.

Fresno polis departamentinin rhəbəri hadisə ilə bağlı ədalətli araşdırma aparılacağını vurğulayıb. O, baş verən hadisənin təəssüfverici olduğunu da etiraf edib.

Hadisədən dərhal sonra insanlar ədalətin bərpa olunması üçün polis idarəsinin qarşısına toplaşaraq aksiya keçiriblər./xezerxeber

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ