RU
Polis helikopteri qəzaya uğradı: Yaralılar var
11:40
201

Polis helikopteri qəzaya uğradı: Yaralılar var

Braziliyada Milli Təhlükəsizlik Xidmətinə məxsus helikopter qəzaya uğrayıb. 

Bununla bağlı "G1” portalı məlumat yayıb. 

 

Helikopterin Pantanal regionundakı meşə yanğınları ilə mübarizə üçün havaya qalxdığı bildirilib. Qəza Matu-Qrosu ştatının paytaxtı Kayba şəhərindən 104 kilometr aralıda baş verib. 

Hadisə nəticəsində üç polis ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Qəzanın səbəbləri məlum deyil.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ