Türkiyənin Şırnak əyalətinin Cizre rayonunda terrorçu PKK qruplaşması silahlıları polis məntəqəsinə bomba yüklü avtomobillə hücum ediblər.
7News.Az xəbər verir ki, partlayış nəticəsində bina tamamilə dağılıb. Hələlik hadisə nəticəsində ölənlərin olması barədə məlumat yoxdur.
Məlumata görə, partlayış nəticəsində çoxlu sayda insan yaralanıb. Yaralılar Cizre dövlət xəstəxanasına yerləşdirilib.








