Qəzanı törətdikdən sonra hadisə yerindən qaçdı.
Oktyabrın 15-ə keçən gecə Şabran rayonu, Heydər Əliyev prospektində rayon sakini 1979-cu il təvəllüdlü Soltanova Gülşahnaz Məlikqızını vuran sürücünün kimliyi müəyyənləşib.
Hadisəni törədən şəxs Şabran rayon Polis Şöbəsinin əməkdaşı, sahə müvəkkili, polis mayoru Ramin Ağayevdir.
O, idarə etdiyi “Niva” markalı avtomaşınla qəzanı törətdikdən sonra hadisə yerindən qaçıb.
Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir./oxu
7news.az








