RU
Polis məmurunu güllələdilər
11:36
1157

Polis məmurunu güllələdilər

Fransada naməlum şəxsin polis məmurunu öldürməsi ölkədə bomba effekti yaradıb.

Hadisə gecə saatlarında qeydə alınıb. Paytaxt Parisin şimal-qərbində yerləşən Maqnavil rayonunda gecə evinə qayıdan polis məmuruna hücum edən şəxs ona çoxsaylı bıçaq zərbələri endirib. Ardınca naməlum şəxs aldığı zərbələrdən yerində ölən polisin evinə hücum edib. Asayiş keşikçisinin uşaqlarını və həyat yoldaşını girov alan şəxslə danışıqlara “Raid” adlı xüsusi təyinatlı dəstə cəlb edilib. Danışıqların nəticə vermədiyini görən xüsusi təyinatlılar evə hücum edib. Atışma nəticəsində cinayətkar öldürülüb. Məlum olub ki, o polis məmurunun həyat yoldaşını da uşaqların gözü qarşısında qətlə yetirib. Araşdırmalar zamanı məlum olub ki, qadın da polis idarəsində işçi olub. Baş verənlərlə bağlı araşdırmalara başlanılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ