Cinayətkarlar tutulublar.
Azərbaycanın bir neçə rayonunda oğurluqda şübhəli bilinən şəxslər yaxalanıb.
Daxili İşlər Nazirliyindən 7news.Az-a verilən məlumata görə, Gəncə şəhərində 70 ədəd rels altdıqlarını oğurlamağa cəhd edilib.
Belə ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də Soyuq-Bulaq dəmir yolu stansiyasının ərazisindən 70 ədəd rels altdıqlarını “VAZ-2106” markalı avtomobildə oğurlamağa cəhd göstərmiş Gəncə şəhər sakini Qabil Həsənov tutulub.
Daha bir oğurluq hadisəsi Şəki şəhərində baş verib. Belə ki, Fevralın 27-də oğurluq etdiyinə görə tutulmuş Elnur Səmədovun ətrafında Şəki ŞRPŞ və Goranboy RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Şəki rayon sakini Sərxan Seyidovla birgə daha 3 evdən pul, qızıl və gümüş əşyalar oğurlamaları müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Seyidov da tutulub.
Bakının Nəsimi rayonunda isə 2 ədəd mobil telefon oğurlanıb. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Abbasov tutlub.
Şabran rayonunda polislər pul oğurlanmış şəxsləri tutublar. Belə ki, Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də Fikrət Qəhrəmanova məxsus mağazadan 100 manat oğurlamış Siyəzən şəhər sakinləri Roman Qasımov və Nicat Qasımov tutlub.
Bakının Binəqədi rayonunda da cinayət baş verib. Belə ki, həmin ərazidə yanvarın 18-də M.Cəlal küçəsində yaşayan Dilbər Mustafayevanın evindən 15 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlanıb.
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtaraş tədbirləri nəticəsində, yanvarın 18-də M.Cəlal küçəsində yaşayan Dilbər Mustafayevanın evindən 15 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Ucar rayon sakinləri - 1992-ci il təvəllüdlü Tural Haqverdiyev və 1995-ci il təvəllüdlü Fidan Haqverdiyeva tutulub.
Xəzər rayonunda polislər oğrunu tutublar. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtaraş tədbirləri nəticəsində, AR CM-nın 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1988-ci il təvəllüdlü Babaqulu Ağayev tutulub.








