Dağıstanın Azərbaycanla sərhəd Dərbənd şəhərində törədilmiş terror aktına görə Azərbaycanı Rusiya ilə birləşdirən şosse yolu bağlanıb.
Virtualaz.org NTV kanalına istinadən xəbər verir ki, yol hələ də bağlıdır, partlayışın törədildiyi ərazi təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb. Yolun bağlanması nəticəsində Rusiyadan Azərbaycana gələn yük və minik maşınlarından ibarət uzun tıxac yaranıb.
Xəbər verildiyi kimi, partlayışın törədilməsinə görə İŞİD-ə bağlı qruplaşma məsuliyyəti üzərinə götürüb. Qruplaşma üzvünün "Lada" markalı avtomobillə özünü partlatdığı bildirilir. Partlayış yerində avtomobildən, demək olar ki, heç nə qalmayıb. Məlumata görə, terrorçu avtomobili nəzarət-buraxılış məntəqəsində partladıb. Rəsmilər polislərin avtomobili dayandırıb yoxladığı vaxt partlayışın baş verdiyini deyirlər.
7news.Az
Videonu izləmək üçün şəklə klikləyin:










