RU
Polis qaçan sürcünü atəş açaraq dayandırdı
01:20
1208

Polis qaçan sürcünü atəş açaraq dayandırdı

Cənubi Afrika Respublikasında Hollivud filmlərini xatırladan hadisə yaşanıb.

Baş verənlər polis əməkdaşının papağına quraşdırılan təhlükəsizlik kamerası vasitəsiylə lentə alınıb. Polisin "dayan" əmrinə tabe olmayan sürücünün yola davam etməsi ona baha başa gəlib.

Avtomobili sona qədər təqib edən təhlükəsizlik əməkdaşı silaha əl atmaq məcburiyyətində qalıb. Maşına dəfələrlə atəş açan polis nəhayət ki, şübhəlini saxlamağa müvəffəq olub. Döngəyə sürətlə daxil olan sürücü sükana nəzarəti itirib. Onun yenidən yola çıxmasına polisin aramsız atəş açması mane olub. Dərhal köməyə gələn digər asayiş keşikçiləri şübhəlini zərərsizləşdirərək, polis məntəqəsinə aparıb./atv

7news.az

 

 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ