RU
Polis qaçqınların avtobusunu atəşə tutdu - 2 uşaq yaralandı
11:44
718

Polis qaçqınların avtobusunu atəşə tutdu - 2 uşaq yaralandı

Xorvatiyada polis "dur" əmrinə tabe olmayan qaçqınları daşıyan avtobusu atəşə tutub.

7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 12 yaşlı iki uşaq ağır yaralanıb. Bosniya-Hersoqovinadan gələn və qeyri-qanuni mühacir daşıdığı bildirilən avtobusda 29 qaçqın olub. Onlardan 15-i uşaqlar imiş. Avtobusun sürücüsü polisin atəşindən sonra qaçaraq meşədə gizlənib. 

 

Qeyd edək ki, Xorvatiya hökuməti baş vermiş hadisədə polisi günahkar bilməyib. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ