Türkiyənin Karaman vilayətində homoseksual olduqları deyilən və internetdə tanış olduqları şəxslərlə cinsi əlaqədə olan 2 qardaş, polis əməkdaşlarının təşkil etdikləri əməliyyat zamanı saxlanılıblar.
7News.Az DHA-ya istinadən xəbər verir ki, adlarının Murat Ç. (24) və Mehmet Ç. olduğu bildirilən şəxslər sosial şəbəkələrdə tapdıqları kişilərlə pul qarşılığında əlaqədə olduqları təsdiqini tapıb.
Şübhəli Murat Ç. və Mehmet Ç.-ni izləyən polis, şübhəlilərin qaldığı kiralıq mənzilə basqın edib. Qardaşlar nəzarətə götürülüblər.
Şübhəlilərdən Mehmet Ç. ifadəsi zamanı "Tələbəyəm. Karamana gəldim. Binada qonşularımıza polis olduğumuzu demişdik" deyib.
İstintaq davam edir.
7News.Az










