Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən qəbristanlıqda döyülən şəxslə bağlı məlumat yayılıb. Qurumun Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov 7NEWS.az-ın yerli bürosuna bildidirb ki, hadisəni törədən şəxslər saxlanılıb.
"Sosial şəbəkələrdə Tovuz rayon sakini Aqil İbrahimovun sərxoş halda Vətən Müharibəsi şəhidi barədə nalayiq ifadələr işlətdiyinə görə bir qrup şəxs tərəfindən döyülərək qəbirstanlıqda şəhid məzarlarından üzr işlədilməsi görüntüləri yayılıb. Məsələ ilə əlaqədar Tovuz rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri-Taleh Hüseynov, Sürət Məmmədov, Tural Əhmədov, Elşad Rzayev, Elnur Bayramov, Əli Hüseynzadə və Telman Nağıyev saxlanılıb. Hazırda RPŞ-də araşdırmalar davam etdirilir" - deyə E.Qasımov bildirib.








