Faktla bağlı araşdırma aparılır.
Sabirabadda polis mayoru avtomobil qəzasında ölüb.
7news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində baş verib.
Siyəzən polis şöbəsinin istintaq bölməsinin rəisi, 1961-ci il təvəllüdlü Məmiyev Əlibaxış Məhəmməd oğlu özünə məxsus avtomobillə qəzaya düşüb. Ə.Məmiyevin avtomobilin aşması nəticəsində hadisə yerində öldüyü bildirilir.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.
7news.az








