RU
Polis sabirabadlı silah alverçisini tutdu
15:35
423

Polis sabirabadlı silah alverçisini tutdu

Naxçıvan sakini isə tapdığı tapançanı könüllü təhvil verdi.

Zəngilan rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Cavid Hacıyev tutulub.

DİN-nin mətbuat xidmətindən 7News.Az-a daxil olan məlumata görə, Hacıyev nömrəsi silinmiş “Makarov” markalı tapançanı və içərisində 8 ədəd patron olan patron darağını Masazır qəsəbəsi ərazisində satmağa cəhd göstərib.

Naxçıvan şəhər sakini Ramil Kəngərli isə tapdığı nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 1 ədəd nömrəsi silinmiş “Desert Falkon” markalı qaz tapançasını, 1 ədəd nömrəsi silinmiş “İJ SPL-01” markalı idman tapançasını, 1 ədəd “F-1” qumbarasını, 5 ədəd patron darağını və 1124 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Naxçıvan ŞPİ-yə təhvil verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ