RU
Polis tiktokerin saçını qırxıb? - AÇIQLAMA + FOTO
15:40
156

Polis tiktokerin saçını qırxıb? - AÇIQLAMA + FOTO

Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı deyib ki, görüntülər polisin inzibati binasında çəkilməyib:

"Bu hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir. Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, həmin şəxsin "TikTok”da polisi təhqir etdiyi iddia olunur.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ