RU
Polis zabitinin anasından 7 nəfərə qarşı dələduzluq — CİNAYƏT İŞİ
23:30
468

Polis zabitinin anasından 7 nəfərə qarşı dələduzluq — CİNAYƏT İŞİ

Bakıda dələduzluq etməkdə təqsirli bilinən Nazənim Rzayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


7news.az Demokrat.az-a istinadən xəbər verir ki,cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib.


Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.


Nazənim Rzayeva paytaxtda bir neçə nəfərə qarşı dələduzluq edib.


İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş qismində tanınıb.


Nazənim Rzayeva Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində tədqiqatçı Elvin Rzayevin anası olduğu deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ