RU
Polisdən Elnarə-Ülvi qalmaqalı barədə
10:58
1346

Polisdən Elnarə-Ülvi qalmaqalı barədə

"Elnarə Abdullayeva polisə həmkarı Ülvi Qılıcın şikayəti əsasında dəvət olunub. Ancaq hələ ki gəlib izahat verməyib".

Bu fikirləri açıqlamasında Abşeron Rayon Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin sahə inspektoru, polis baş leytenantı Telman Məmmədov deyib. İnspektor bildirib ki, xanəndə bu gün ərzində gəlib izahat verəcəyi barədə polisə söz verib:

"Söz verib ki, bu gün ərzində gəlib izahatını verəcək. Çalışacağıq ki, tərəflər arasında barışıq əldə olunsun. Hələ ki araşdırma gedir".

Xatırladaq ki, Ülvi Qılıc Ölkə.az-a açıqlamasında bildirib ki, əməkdar artist Elnarə Abdullayeva onu ATV-də yayımlanan "Ondan sonra" verilişindən sonra zəng vuraraq təhqir edib. /olke.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ