RU
Polisdən əməliyyat: 6 kiloqramdan çox narkotik aşkarlandı - VİDEO
12:40
24

Polisdən əməliyyat: 6 kiloqramdan çox narkotik aşkarlandı - VİDEO

Xaçmazda saxlanılan iki nəfərdən 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

 Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş - 30 yaşlı Kənan Musayev və 49 yaşlı Arzu Əliyev saxlanılıblar.

Onlardan 5 kiloqram marixuana, 1 kiloqram heroin və 309 qram tiryək aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı həbs qətimkan tədbiri seçilib.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ