RU
Polisə elə bir məktub gəldi ki...
17:53
1189

Polisə elə bir məktub gəldi ki...

Avstriya Daxili İşlər Nazirliyinə (DİN) ölkənin bəzi federal torpaqlarında polis bölmələrinə qarşı terror hücumları hazırlanması barədə məktub daxil olub.

7News.az istinadən bildirir ki, hüquq-mühafizə orqanları təhdidlərin terrorçulardan gəldiyini düşünür.

DİN-dən bildiriblər ki, hadisənin araşdırılması ilə Konstitusiyanın Müdafiəsi və Terrorla Mübarizə üzrə Federal Xidmət məşğuldur.

Nazirliyin məlumatına görə, elektron məktub bir neçə dəfə analoji təhdidlərin gəldiyi qondarma elektron ünvandan göndərilib.

Bununla belə, DİN təlaş üçün heç bir səbəb olmadığını açıqlayıb./report

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ