Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binası yaxınlığında etirazçılarla polis arasında toqquşmalar başlayıb.
Bu barədə "Sputnik-Armeniya” məlumat yayıb.
Məlumata görə, polis etirazçıları saxlayır və xəbərdarlıq olaraq binanı bağlayan bəzi təhlükəsizlik qüvvələri qalxanları döyəcləyir.
"Vətən uğrunda Tavuş” hərəkatının üzvləri bundan əvvəl xarici işlər naziri Ararat Mirzoyanla görüş tələb ediblər. XİN-dən bildiriblər ki, hazırda onları qəbul edə bilmirlər.
15:05
Ermənistanın paytaxtı İrəvanın mərkəzində müxalif "Vətən uğrunda Tavuş” hərəkatının təşkil etdiyi etiraz aksiyası başlayıb.
7News.Az bu barədə "Sputnik Armeniya”ya istinadən xəbər verir.
Məlumata görə, hazırda İrəvanda arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə yürüş keçirilir. İştirakçılar baş nazir Nikol Paşinyanın istefaya göndərilməsini, həmçinin Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə son qoyulmasını tələb edirlər.








