RU
Politoloq: “Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası çox vacib məsələdir”
14:20
145

Politoloq: “Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası çox vacib məsələdir”

"Delimitasiya və demarkasiya məsələləri çox vacib əhəmiyyət kəsb edir. Hamıya məlumdur ki, 2020-ci ilin noyabrında əldə edilmiş əsas razılaşmalar 2021-ci ilin yanvar ayında təsdiq edilib. Bu məsələlərin praktiki icrası ilə məşğul olmaq üçün yüksək səviyyəli müvafiq işçi qrup yaradılıb”.

Bunu rusiyalı politoloq Qriqori Trofimçuk bildirib.

O, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə yaradılmış komissiyanın operativ fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

"Azərbaycan rəhbərliyi sözü havaya demir və boş-boşuna gözləmək niyyətində deyil. Razılaşdırılmış müddəaları həyata keçirmək üçün müəyyən zaman çərçivəmiz var. Fikrimcə, daha geniş dairələri işə cəlb etmək lazımdır. Razılaşmaların icrasına töhfə verə biləcək ekspertləri dəvət etmək lazımdır”, - politoloq vurğulayıb./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ