Politoloq: "Bir qədər də səbr etsək şər imperiyası çökəcək" AÇIQLAMA
"Rusiya Sarkisyanın dili ilə Azərbaycan hakmiyyətinə təzyiqi gücləndirir". Bunu politoloq Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, Putin hakimiyyəti Azərbaycanı torpaqlarının 20 faizini işğal etməsini az bildiyindən qalan 80 faizi də işğal etmək niyyətini gizlətmir: "Qarabağı geri qaytarmaq adına Azərbaycanın dövlət müstəqilliyini təhlükə altına ata bilmərik və bu yolverilməzdir. Gec-tez biz öz əzəli torpaqlarımız sahib çıxacağıq. Bir qədər də səbr etsək şər imperiyası çökəcək. Sarkisyanın Qarabağı Ermənistan torpağı hesab etməsi barədə verdiyi bəyanatın heç bir hüquqi və mənəvi əsası yoxdur. Çünki, dünyada hər kəs bilir ki, Ermənistan bu müharibədə və işğalda yalnız saxta olaraq qalib tərəf elan olunub. Gerçək işğalçı isə Rusiyadır"./sia
7news.az








