Strateji Araşdırmalar İnstitutunun rəhbəri,Politoloq Ramiz Əlıyevin təşəbbüsü rəhbərliyi ilə Avropa Parlamentinin 750-ə yaxın üzvünə e-poçt vasitəsi ilə 2014-cü ilin iyun ayında öz yaxınlarının məzarlarını ziyarət etmək üçün Kəlbəcər rayonuna gedən və orada erməni hərbiçiləri tərəfindən öldürülən və girov götürülən mülki şəxslər olan Həsən Həsənov və Dilqəm Əsgərovla,Şahbaz Quliyev haqqında və onların pozulmuş hüquqlarının bərpa olunması üçün müraciət ünvanlanmışdır.
Müraciətdə bildirilir ki, "Hörmətli Avropa Parlamentinin üzvü! Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın işğalçılıq siyasəti neticəsində Azərbaycanın 20% ərazisi işğal edilib və bir milyon əhali öz ərazilərindən Qaçqın və məcburi köçkün halına salınıb. Bu işğal 25 ilə yaxındır ki, davam edir. Bu münaqişə ilə bağlı BMT 4 Qətnamə qəbul edərək həmin ərazilərin erməni hərbi birləshmələrindən dərhal boshaldilmasi ilə bagli əerarı var. Eyni zamanda digər beynəlxalq təşkilatların qərar ve tövsiyələri var ki, ərazilər boşaldılmalı və oradan zorla çıxardılan əhali öz yərinə qaytarılmalıdır. Lakin hələdə Ermənistan dövləti nə BMT-nin nə də digər Beynəlxalq təşkilatların qərar və tövsiyələrinə əməl etmir. 2014-cü ilin iyun ayında öz yaxınlarının məzarlarını ziyarət etmək üçün Kəlbəcər rayonuna gedən və orada erməni hərbiçiləri tərəfindən öldürülən mülki şəxslər olan Həsən Həsənov və girov götürülən Dilqəm Əsgərovla,Şahbaz Quliyev heç bir qanunu pozmayıb. Həmin şəxslər hansısa bir ölkənin ərazisinə icazəsiz daxil olmayıb. Kəlbəcər rayonu Azerbaycan ərazisidir və bunu həm BMT, həm də digər bütün beynəlxalq təşkilatlar və dünya dövlətləri təsdiq edib. O şəxslərin də həmin əraziyə getmək hüquqları var çünkü o ərazilər Azərbaycana məxsusdur və adı qeyd olunan şəxslərin anadan olduğu ərazilərdir. Onların istədikləri vaxt həmin ərazilərə getmək yaşamaq hüquqları var, Eyni zamanda digər bir milyon qaçqın və məcburi köçkün Azərbaycanlı bu hüquqa malikdir. Həsən Həsənovu öldürülməsi, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin girov götürülərək hər gün insanlığa sığmayan işgəncələrə məruz qalması, qondarma məhkəmə vasitəsi ilə qərar çıxardıb onlari azadlıqdan məhrum edilməsi Beynəlxalq Hüquq normalarına qarşı gəlmək və beynəlxalq təşkilatların tövsiyələrinə zidd getməkdir. Sizdən və Avropa Parlamentində təmsil olunan digər parlamentarelərdən xahiş edirik Beynəlxalq hüquq normalarına uyğun olaraq həmin şəxslərin pozulmuş hüquqlarının bərpa olunmasına köməklik edəsiniz."
7news.az








