Ermənistanın xarici və daxili borcunun həcmi ÜDM-nin 50%-dən artıqdır.
Ermənistanın Milli Məclisinin Müdafiə və Daxili işlər üzrə Komissiyasının sədri Koryun Naqapetyanın “Ermənistanın 2016-cı ildə Hərbi-sənaye kompleksini inkişaf etdirəcəyinə” dair bəyanatı fantastika sahəsindəndir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin sabiq əməkdaşı, ehtiyatda olan polkovnik Konstantin Manuxin erməni deputatlarının sözlərini şərh edərkən bəyan edib.
“Bizə bu ölkənin iqtisadiyyatının nə dərəcədə inkişaf etdiyi, hərbi sektorun, əsasən də Ermənistanın müdafiə sahəsinin hansı vəziyyətdə olduğu məlumdur. Belə bəyanatlar sıravi erməni sakini üçündür. Ön cəbhədə erməni əsgərinin silah-sursatı olmadığı, köhnə texnikanın güclə işə düşdüyü halda hansı modernizasiyadan söhbət gedə bilər?!”, - hərbi ekspert bildirib.
“Ölkənin hərbi-sənaye kompleksinin inkişafında əsas rolun hərbi avadanlığı istehsal edən və yüksək ixtisaslı mütəxəssislər üzrə ixtisaslaşan hərbi zavodların oynadığı məlumdur.
İndustrial-aqrar ölkə olan Ermənistanda məlum səbəblərdən nə birincisi, nə də ki ikincisi var. Bütün əsas zavodlar, sənaye kompleksləri, elmi-istehsalat birlikləri özəlləşdirilib, satılıb və ya dağılıb.
Mütəxəssislərdən isə danışmağa dəyməz. Erməni hakimiyyətinin rəsmi məlumatlarına əsasən, Ermənistanı bir ildə 60 min adam tərk edir, onların arasında əsasən iqtisadiyyatın prioritet sahələrinin, əsasən də müdafiə sahəsinin mütəxəssisləridir.
Bundan başqa, dünya iqtisadi böhranı, eləcə də Ermənistanın ÜDM-nin 50%-dən artıq olan xarici və daxili borcu əlavə edək. Beləliklə, hər hansı bir şərh yersizdir”, - polkovnik Manuxin vurğulayıb.
Qeyd edək ki, Ermənistan Milli Məclisinin Müdafiə və Daxili işlər üzrə Komissiyasının sədri Koryun Naqapetyanın bəyanatına əsasən, 2016-cı ildə Ermənistanın Müdafiə Nazirliyi hərbi-sənaye kompleksinin inkişafını davam etdirəcək.
Onun sözlərinə görə, silahların gələcək modernizasiyası üçün təcrübə-konstruktor işləri aparılacaq, silahın, o cümlədən yüksək dəqiqlikli və uzaq məsafəli silahın alınması davam etdiriləcək./oxu
7news.az








