RU
Polkovnikin məzarından oğurluq edildi
13:30
310

Polkovnikin məzarından oğurluq edildi

Xaçmazda qəbiristanlıqlardan silsilə oğurluq edilib.

7News.Az xəbər verir ki, hadisə rayonun Hacıəlibəy kəndində qeydə alınıb. Oğrular əsasən nüfuzlu şəxslərin məzar daşlarındakı bahalı güldanları oğurlayıblar.

2015-ci ildə vəfat etmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçmiş rəisi, polkovnik Rəhman Mustafayevin məzarındakı güldanların oğurlandığı bildirilir. Onun qəbrindən 5 güldanı aparıblar. Daha 2 güldan isə kəndin bələdiyyə sədri Faiq Məhərrəmovun ailəsinə məxsus məzarlardan oğurlanıb.

 

Oğurluq nəticəsində Mustafayevlər ailəsinə 1400 manat, Məhərrəmovlar ailəsinə isə 1500 manat ziyan dəyib.

Bənzər hallar Xaçmazın Ağyazı-Buduq və Yergüc kəndlərində də baş verib. Sakinlər DİN-nin 102 qaynar xəttinə müraciət ediblər.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ