Polşa 50-dən çox səfirini "diplomatik missiyalarını təkmilləşdirmək” səbəbi ilə geri çağırıb. Baş nazir Tusk, "Polşa dövlətinə sadiq bir komanda yaratmalıyıq" dedi.
7NEWS.az xəbər verir ki, Polşa "diplomatik missiyalarını təkmilləşdirmək" səyləri çərçivəsində 50-dən çox ölkədəki səfirini istefaya göndərib. Polşa Xarici İşlər Nazirliyi proseslə bağlı bəyanat yayıb. Xarici işlər naziri Radoslav Sikorskinin 50-dən çox səfiri geri çağırmaq qərarına gəldiyi bildirilən bəyanatda, lazımi dəyişikliklərin edilməsinin ölkənin xarici siyasətində üzləşdiyi çətinliklərin "daha yaxşı və peşəkar şəkildə” həllinə kömək edəcəyi bildirilib.
7NEWS.az








