Yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar.
Polşa və Almaniya sərhədində güclü partlayış nəticəsində ən azı 8 nəfər xəsarət alıb.
Partlayış Polşanın Osinov Dolniy kəndində bazarda baş verib.
Məlumata görə, partlayışa səbəb pirotexnik vasitələrin alovlanması olub. 50-yə yaxın ticarət nöqtəsi yanıb.
Hal-hazırda yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar.
Xəsarət alanlardan üçü Almaniya vətəndaşıdır./oxu
7news.Az








