RU
Polşa Belarusla sərhəddə yeni divar inşa edəcək
01:30
1200

Polşa Belarusla sərhəddə yeni divar inşa edəcək

Polşa – Belarus sərhədində 5 metr hündürlükdə divarın inşaatına yanvarın 25-də başlayacaq.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə jurnalistlərə Polşa sərhəd xidmətinin sözçüsü Anna Mixalskaya bildirib.

"Plana uyğun olaraq Belarusla sərhəd divarının tikintisi sabah başlayacaq. Hazırlıq işləri artıq görülüb” deyə Mixalskaya vurğulayıb.
Uzunluğu 186 km, hündürlüyü 5.5 metr olan divarın inşası iyulda başa çatmalıdır. Artıq büdcədən 644 milyon zlotı (160 milyon dollar) ayrılıb. Sərhəd xətti müasir kameralarla da təchiz ediləcək.
 
 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ