RU
Polşa Gülənlə bağlı QƏRAR VERDİ
19:10
496

Polşa Gülənlə bağlı QƏRAR VERDİ

Polşa Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin tərəfdarlarını Türkiyəyə ekstradisiya etmək niyyətində deyil.

7News.az xəbər verir ki, bu haqda qeyri-rəsmi mənbələrə istinadən Polşanın "Zet” radiosu bildirib.

Radiostansiyanın məlumatına görə, Türkiyə hakimiyyəti FETÖ-çuların siyahısında olan bir neçə Türkiyə vətəndaşının verilməsi xahişi ilə Polşanın Xarici İşlər Nazirliyinə müraciət edib. Varşava isə insan hüquqlarına riayət edilməsində "Qərb standartları”na əməl etmək niyyətindədir.

Radio bildirib ki, Ankaranın siyahısında yer alan Türkiyə vətəndaşları Polşanın Daxili Təhlükəsizlik Agentliyinin himayəsi altındadır.

Qeyd edək ki, Ankara Fəthullah Gülənin iyulun 15-də təşkil edilən çevriliş cəhdinə görə əsas şübhəli hesab edir. O, 1999-cu ildən ABŞ-da yaşayır.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ