RU
Polşa Rusiya sərhədinin yarısına hasar çəkib
14:05
60

Polşa Rusiya sərhədinin yarısına hasar çəkib


Polşa Sərhəd Mühafizə Birliyinin rəsmisi Miroslava Aleksandroviç Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə 100 kilometrdən çox tikanlı məftil çəkildiyini açıqlayıb. 

7NEWS.az xəbər verir ki, Aleksandroviç qeyd edib ki, indiyədək görülən işlər nəticəsində 200 kilometrlik Rusiya sərhədinin yarısından çoxu məftillə əhatə olunub. 

Polşa hakimiyyəti 2022-ci ilin noyabrında Rusiya sərhədi boyunca müvəqqəti tikanlı məftillərin tikintisinə başlayıb. Bütün sərhədin məftillə əhatə olunması işləri davam etdirilir. 

Sərhəd daxil olan siqnalları yoxlamaq üçün seysmik sensorlar və gecə görmə kameraları da daxil olmaqla detektor sistemi kimi müxtəlif elektron təhlükəsizlik tədbirləri ilə təchiz ediləcək. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ