7NEWS.az xəbər verir ki, dünən axşam Polşa Prezidentinin Xarici Siyasət Bürosunun rəhbəri Marçin Przydacz-ın iştirak etdiyi televiziya proqramında Polşanın Ukraynaya taxıl qadağası ilə bağlı suala verdiyi cavab səbəbilə iki ölkə arasında siyasi gərginlik artır. Przydacz-ın sözlərindən sonra Ukrayna Xarici İşlər Nazirliyi Polşanın Kiyevdəki səfiri Bartoş Çiçokkini nazirliyə çağırıb və Polşadan əks-hücum gəlib. Polşa Xarici İşlər Nazirliyi Ukraynanın Varşavadakı səfiri Vasil Zvariçi çağırıb.
7NEWS.az








