RU
Polşada bir milyona yaxın insan hökuməti etiraz etdi
15:20
110

Polşada bir milyona yaxın insan hökuməti etiraz etdi


Vətəndaş Platformasının lideri Tuskun etdiyi çağırış ictimaiyyətdən böyük əks-səda doğursa da, vətəndaşlar hökumət əleyhinə nümayişi "son illərin ən böyük siyasi etirazı” kimi qiymətləndirirlər.

7NEWS.az xəbər verir ki, Polşanın əsas müxalifət partiyası Vətəndaş Platformasının (PO) lideri və keçmiş baş nazir Donald Tuskun çağırışından sonra yüz minlərlə insan bu gün paytaxt Varşavada hökumətə qarşı etiraz aksiyası keçirib. Nümayiş təşkilatçıları hesab edirlər ki, seçkilərə iki həftə qalmış keçirilən etiraz aksiyasında iştirak edənlərin sayı bir milyona yaxınlaşır.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ