RU
Polşada mədəndə partlayış olub, 5 nəfər ölüb, 20-dən çox yaralı var
17:50
271

Polşada mədəndə partlayış olub, 5 nəfər ölüb, 20-dən çox yaralı var

Polşanın cənub-qərbində daş kömür mədənində metan qazından baş verən iki partlayış nəticəsində 5 nəfər ölüb.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetssju hadisə yerində keçirdiyi brifinqdə bildirib.

"Dünyasını dəyişənlərdən əlavə, 7 nəfər mədənin keçidində qalıb. 20-dən çox şəxs isə ağır xəsarətlə hospitala yerləşdirilb”, - Baş nazir qeyd edib.

Məlumata görə, axtarış-xilasetmə əməliyyatı davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ