Polşada pis hava şəraiti xeyli insanın yaralanmasına və ölümünə səbəb olub.
7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə Polşada başlayan tufan zamanı ən azı 10 nəfər yaralanıb, 1 nəfər ölüb.
Ölkənin dövlət yanğından mühafizə xidmətinin mətbuat katibi Pavel Frantçakanın sözlərinə görə, güclü yağış, külək və dolu səbəbindən yanğınsöndürənlər 4400 dəfə köməyə gedib.
7news.Az







