RU
​​​​​​​Polşada referendum baş tutmayıb
21:05
36

​​​​​​​Polşada referendum baş tutmayıb

Polşada oktyabrın 15-də parlament seçkiləri ilə birgə keçirilən referendum baş tutmayıb.

Bu barədə yerli "Rzeczpospolita” qəzeti bildirib.

Məlumata görə, referendumda seçicilərin 40 faizi iştirak edib. Bu say isə referendumun baş tutmaması deməkdir. Polşanın seçki ekspertləri bildiriblər ki, ümumxalq səsverməsində seçicilərin yarıdan çoxu iştirak edəcəyi halda onun nəticələri məcburi xarakterlidir. Referendumda 4 məsələyə cavab verilməli imiş: dövlətin xarici şirkətlərdəki hesablarının satılması, pensiya yaşının artırılması, Belarusla dövlət sərhədində tikilmiş divarın sökülməsi, qanunsuz miqrantların ölkəyə qəbul edilməsi.

Qeyd edilib ki, Polşada təkrar referendum gözlənilmir.

Xatırladaq ki, oktyabrın 15-də Polşada parlament seçkiləri də keçirilib. Ali qanunverici orqana seçkilərdə iştirak edən seçiciyə referendumla da bağlı bülleten verilirmiş. Seçicilərin bu siyasi kampaniya ilə bağlı bülleteni qəbul etmədikləri də bildirilib.

Parlamentin Aşağı Palatasına, Seymə 460 üzv, Yuxarı Palataya, Senata 100 üzvün seçilməsi ilə bağlı seçki keçirilib. Məlumata görə, Donald Tuskun başçılıq etdiyi "Vətəndaş koalisiyası” seçki bloku səslərin 36,6 faizini (198 yer) qazanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ