RU
Polşada Smolenskdə qəzaya uğrayan təyyarədə həyatını itirənlərin xatirəsi anılıb
13:13
21

Polşada Smolenskdə qəzaya uğrayan təyyarədə həyatını itirənlərin xatirəsi anılıb


7NEWS.az xəbər verir ki, Polşa prezidenti Anjey Duda 13 il əvvəl Rusiyanın Smolensk şəhərində baş verən və o vaxtkı Polşa prezidenti Lex Kaçinski və həyat yoldaşı Mariya Kaçinsk də daxil olmaqla 96 nəfərin həyatını itirdiyi təyyarə qəzasının Polşada təşkil edilən anım mərasiminə qatılıb. Prezident Duda qəzada həyatını itirən prezident Kaçinski və həyat yoldaşının Krakovdakı Vavel qəsrindəki məzarlarını ziyarət edib. Kaçnıski cütlüyünün yeganə övladı Marta Kaçinskinin də qatıldığı səfərdə Duda cütlüyün məzarı üzərinə əklil qoyub və dua edib. Smolensk yaxınlığında həyatını itirənlərin Katında sovetlər tərəfindən öldürülən polşalı zabitlərin xatirəsini anmağa gedən Polşa işinə həsr olunduğunu bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ