7NEWS.az xəbər verir ki, Polşanın cənubundakı Tıçi şəhərində təbii qaz partlayışı baş verib.Günorta saatlarında mənzildə baş verən partlayış nəticəsində 15 nəfər xəsarət alıb. Çoxlu mənzillərə ziyan dəydiyi binadan 23 nəfər təxliyə edilib. Yaxınlıqdakı xəstəxanalarda müalicə alan yaralılardan birinin vəziyyətinin ağır olduğu öyrənilib.
7NEWS.az








