RU
Polşada xalq ayağa qalxdı - FOTO
00:40
456

Polşada xalq ayağa qalxdı - FOTO

Varşavada prezident iqamətgahının qarşısında bir neçə min nəfərin iştirakı ilə etiraz aksiyası keçirilir.

Mitinq Polşa Seymində baş verənlərlə əlaqədar olaraq düzənlənib.

Mitinqdə "Demokratiyanın Qorunması Komitəsi”nin, həmçinin "Vətəndaş Platforması” və "Novoçesna” partiyalarının tərəfdarları iştirak edir. İştirakçılar "Azadlıq, ədalət, demokratiya”, "Demokratiyanı qoruyuruq” şüarları səsləndirir, milli himni oxuyurlar.

"Dünən sağ çoxluq Seymi bir partiya bürosunun iclasına çevirmişdi. Biz bu metodlarla razı deyilik” deyə mitinqdə çıxış edən "Demokratiyanın Qorunması Komitəsi”nin lideri Mateuş Kievski deyib.

Polşa Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariuş Çarka Varşavaya əlavə polis qüvvələrinin cəmləşdirildiyini bildirib. O qeyd edib ki, bu addımın atılmasında məqsəd aksiya zamanı təhlükəsizliyi təmin etməkdən ibarətdir.

Qeyd edək ki, dekabrın 16-da "Vətəndaş Platforması”nın bir tərəfdarının Seymin iclasından kənarlaşdırılmasına etiraz edən müxalifətçi deputatlar tribunanı tutaraq iclasın gedişini pozublar. Spiker fasilə elan etməyə məcbur olub. Daha sonra digər yerdə iclas çağırıb. Həmin yerdə elektron səsvermə sisteminin olmamasına baxmayaraq, deputatlar bir neçə qanun layihəsi qəbul ediblər. Müxalifət qəbul edilmiş bu qanunların legitim olmadığını hesab edir. Dekabrın 16-da Seymin binası qarşısında etiraz aksiyası keçirilib. Aksiya bütün gecə boyu davam edib.

Polşanın xarici işlər naziri Mariuş Blaşak cümə günü Seymdə baş verənləri müxalifətin hakimiyyəti zəbt etmək cəhdi kimi qiymətləndirib./teleqraf
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ